Pley-offun daha bir iştirakçısı bilindi

  • Bu gün, 15:56

"Şəki" Azərbaycan Basketbol Liqasında pley-offa yüksəlib.

Sportlife.az xəbər verir ki, bölgə təmsilçisi pley-in mərhələsinin 2-ci oyununda "Quba" ilə qarşılaşıb. İlk matçda 101:89 hesabı ilə qalib gələn şəkililər cavab görüşündə də rəqibini darmadağın edib - 120:77.

Günün son matçında "Sərhədçi" "Naxçıvan"la üz-üzə gələcək. Görüş "Sərhədçi" İdman Mərkəzində, saat 20:00-da start götürəcək. Tərəflər arasındakı ilk görüşdə "Naxçıvan" rəqibini 98:87 hesabı ilə üstələyib.

Qeyd edək ki, pley-in mərhələsinin 2-ci oyunları aprelin 7-də yekunlaşacaq.


Paylaş: