"Sabah" Türkiyədə 1-ci oldu
"Sabah"ın U-14 komandası Türkiyənin Antalya şəhərində keçirilmiş "Antalya City Friendship Cup" beynəlxalq futbol turnirinin qalibi olub.
Sportlife.az xəbər verir ki, Nasir Nəsirlinin baş məşqçisi olduğu komanda qrup mərhələsində Türkiyənin "Manavqat" (4:0), "TSI Academy" (7:1) və "Göztepe" (6:1) komandalarını məğlub edib.
U-14 yarımfinalda meydan sahibi ölkənin "Kardelenspor" (5:1) komandasını üstələyərək həlledici matça vəsiqə qazanıb. Final oyununda Azərbaycanı təmsil edən "Young Pro" komandasına 3:0 hesabı ilə qalib gələn "Sabah" turniri çempion kimi başa vurub.