"Sabah" qazaxlardan revanş aldı

  • Bu gün, 17:07

"Sabah" basketbol klubu Qazaxıstanın "Astana" komandası ilə ikinci yoldaşlıq oyununa çıxıb.

Sportlife.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən görüş Azərbaycan təmsilçisinin 94:83 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında reallaşan ilk görüşdə Qazaxıstan klubu 110:102 hesablı qələbə əldə edib.


Paylaş: