"Bizi "Bavariya" ilə möhtəşəm ÇL axşamı gözləyir"
"Real"ın baş məşqçisi Alvaro Arbeloa komandasının Çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya"ya qarşı keçirəcəyi oyun barədə danışıb.
Sportlife.az xəbər verir ki, o, layiqli mübarizə aparacaqlarını bildirib:
"Bavariya" müstəsna mövsüm keçirir. Amma onların meydanda qarşılaşacaqları çətinlikləri bilirik. Onlarla tariximiz həmişə xüsusidir. "Santyaqo Bernabeu"da bizi daha bir möhtəşəm Çempionlar Liqası axşamı gözləyir".