Karateçimiz BƏƏ-də gümüş medal qazandı

  • 24 Fevral 2023, 15:15

Azərbaycanı Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Karate1 Youth League turnirində təmsil edən Nicat Kərimli (75 kq) gümüş medal qazanıb.

21 yaşadək gənclər arasında bir-birinin ardınca Honq Konq, Şotlandiya və Ukraynalı idmançılara qalib gələn karateçimiz finalda misirili rəqibindən irəlidə olmasına baxmayaraq, qələbəni q xal fərqi ilə əldən verib.

Dünya Karate Federasiyasının nüfuzlu turnirlərindən olan bu yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər mübarizə aparır. Mötəbər yarışda 67 ölkədən 1169 idmançının iştirak edir. Turnirdə klub və milli komandamızın üzvlərindən ibarət 27 nəfərlik heyət çıxış edir.


Paylaş: