Turqut Həsənov: "Bütün qələbələrimizi şəhidlərimizə həsr edirik"

  • 18 Mart 2024, 13:12

Azərbaycan karateçisi Turqut Həsənovun Türkiyənin Antalya şəhərində keçirilən Premyer Liqa turnirində bürünc medal qazanması barədə xəbər vermişdik.

Sportlife.az-a danışan idmançımız təəssüratlarını bölüşüb.

"Turnirə yaxşı hazırlaşmışdıq. İntensiv məşqlərin nəticəsidir ki, bu yarışdan medalla qayıtdım. Sizə deyim ki, bu yarış çox güclüdür. Çünki 1 çəkidə dünyanın ən güclü 32 karateçisi yarışır. Onların arasında bürünc medal qazanmaq çox çətindir. Mən də bu çətinliyin öhdəsindən gəldim və ölkəmizə medal qazandırdım. Nəinki bu, həmişə demişəm, bütün qələbələrimizi şəhidlərimizə həsr edirəm. Qarşıda yenə Premyer Liqa yarışı olacaq. Ora hazırlığı davam etdirib, daha yaxşı nəticə qazanmaq istərdim" - deyə Turqut Həsənov bildirib.


Paylaş: