AFFA-da yeni mərhələ: Meksikano qəhvəsi və diplomatik manevr

  • 22 Aprel 2025, 18:49

Meksikano qəhvəsi və kurasan. Qəhvə isti, strategiya soyuq. Amma şəkillər həmişə keyfiyyətlidir...

Bəli, söhbətin futbola heç bir aidiyyatı yoxdur. AFFA-nın rəsmi saytında bu gün yayımlanan aşağıdakı xəbər kimi:

"Bugün AFFA-nın inzibati binasında baş katib Cahangir Fərəcullayev Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb". - Bu gedişlə, yaxın zamanlarda Belçika səfiri ilə də bir “strategiya çayı” içiləcək.

Strategiya? Yox, ondan bir xəbər yoxdur. Hələ ki, Meksika ilə “futbol əlaqələri” qurulur...
Sabiq azarkeşlər AFFA səhifələrini F5-ləyib strategiya ilə bağlı yeniliklər axtararkən, baş katibimiz səfir qəbul edir. Strategiya yoxdur, amma xatirə fotosu ola bilər.

Əziz azarkeş, əgər sən də AFFA-dan konkret addımlar gözləyirsənsə, bir az da gözlə. Hələ Meksika mərhələsindəyik.


Uğurlar, sinyor Cahangir!

Mirələm HƏSƏNLİ


Paylaş: