"Mövsüm bitəndən sonra dəqiq bilinəcək" - Orxan Əliyev

  • 22 May 2024, 15:20

"Araz-Naxçıvan"ın istedadlı hücumçusu Orxan Əliyevin Sportlife.az-a müsahibəsini sizə təqdim edirik:

"Araz-Naxçıvan" debütant kimi birinci dövrədə çox uğurlu çıxış edirdi, bəs ikinci dövrədə nə baş verdi?

- Bəli, birinci dövrə yaxşı başlamışdıq. Demək olar bütün komandalara göstərdik ki, Premyer Liqaya elə-belə yüksəlməmişik. Təəssüf ki, ikinci dövrədə bunu davam etdirə bilmədik.

Bunun nəticəsində komandada məşqçi dəyişikliyi baş verdi. Azər Bağırovla Elmar Baxşıyev arasında əsas fərq nədir?

- Hər bir məşqçidə yanaşma fərqlidir. Hərəsinin bir oyun stili var.

Sənin üçün mövsüm necə keçdi? Bu mövsüm 9 qol vurmusan, amma son 3 ay uğursuz olub, fərqlənə bilməmisən...

- Deməzdim, uğursuz oldu. Bu normaldır. Futbolda belə şeylər olur. Öz üzərimdə işləyirəm ki, daha yaxşı olum.

Növbəti mövsüm üçün nə düşünürsən? "Araz-Naxçıvan"da qalmaq istəyirsən?

- Təkliflər var. Mövsümün axırıncı oyunu qalıb. Necə olacaq, harda olacam bilmirəm. "Araz-Naxçıvan" mene dogma oldu. Bu barədə işləri menecerim aparır. Mövsüm bitəndən sonra dəqiq bilinəcək.

Karyerarıvı xaricdə davam etdirmək istəyərsən?

- Əlbəttə, bu, hər bir oyunçunun xəyalıdır.


Paylaş: