"Qəbələ"dən gedişimə yeni bir planım olmadan qərar vermişəm" - AÇIQLAMA
“Qəbələ”dən gedişimə yeni bir planım olmadan qərar vermişəm”.
Bunu Sportlife.az saytına açıqlamasında “Qəbələ”dən ayrılan baş menecer Nail Kərimov deyib.
“Komandanın bu cür çıxışı məni heç cür razı sala bilməzdi, narahat edirdi. Bir müddət idi bu barədə fikirləşirdim. Sumqayıta məğlubiyyətdən sonra fikrimi qətiləşdirdim. Öz təşəbbüsümlə klubun prezidentinə bildirdim ki, bu yenilik hesab edirəm ki, komandaya müsbət təsir edər və “Qəbələ” Premyer Liqada qalar. Ümid edirəm ki, mənim gedişim və yeni təyin olunan şəxsin yanaşması komandaya yaxşı təsir edəcək” – deyə Nail Kərimov bildirib.
Qeyd edək ki, 2021-ci ilin dekabrından bu vəzifəni tutan futbol funksioneri 2006-cı ildən bölgə təmsilçisində çalışıb. O, mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.