"Top göydə olanda Allaha dua edirdim ki, qol olsun" - MÜSAHİBƏ

"Top göydə olanda Allaha dua edirdim ki, qol olsun" - MÜSAHİBƏ

  • 4 Fevral 2024, 22:14

Sportlife.az “Qəbələ”nin 26 yaşlı hücumçusu Ülvi İsgəndərovun müsahibəsini təqdim edir:

“Zirə” ilə oyunda yenə əla qol vurdun. Bu komanda ilə oyunlara xüsusi hazırlaşırsan?

Bütün oyunlara rəqiblərdən aslı olmayaraq xüsusi hazırlaşırıq. Məşqlərdə tez-tez sınayıram belə zərbələri.. Xüsusi bir aqresiyamız yoxdur “Zirə”yə. Amma belə bütün komandalara qarşı oyunla bağlı aqresiya olur.

- Səncə, “Neftçi”yə belə qol vura bilərsən?

Əlbəttə ki, vurmaq olmar. Baxıram ki, qapıçı qabaqdadır, bəxtimi sınayıram. Amma qabaqda olmayanda etmirəm.

- Çox çətin durumdasınız. Bir neçə futbolçunuz yox idi. Oyuna necə köklənirsiniz?

İtirəcək heç nəyimiz yoxdur. Elə yerdəyik ki, vacib xallar lazımdır. Ona görə də komanda şəklində oyuna köklənirik. Kiminsə olub-olmamağı bizim üçün fərq etmir.

- Qol zamanı topun qapıdan keçəcəyini hiss edirdin?

Top göydə olanda Allaha dua edirdim ki, qol olsun.

 

Hidayət Qurbanov / QƏBƏLƏ


Paylaş: