Taleh Nağızadə: "İtaliyada Azərbaycan gəncliyinin gücünü göstərdik"

  • 10 Aprel 2024, 15:21

İtaliyanın Cenova şəhərində keçirilən Savat üzrə kadetlər, gənclər və böyüklər kateqoriyasında beynəlxalq turnir sona çatıb.

Sportlife.az-a açıqlama verən Azərbaycan Savat millisinin baş məşqçisi Taleh Nağızadə idmançıların çıxışını yüksək dəyərləndirib.

“Beynəlxalq tunirdən möhətəşəm qələbələrlə qayıtdıq. Raul Hüseynzadə, Məhəmməd Məhəmmədli və Yasin İbrahimov turnirin çempionu oldu.  Nihat Quliyev isə gümüş medal qazandı. Ümumilikdə isə savatçılarımız medal əyarına görə ölkə hesabına 3 qızıl və 1 gümüş medal qazanaraq 15 ölkənin qatıldığı yarışda komanda hesabında 2-ci yerə layiq görüldü. Bununla da kubok əldə etdik. İtaliyada Azərbaycan gəncliyinin gücünü göstərdik. Sonda idmançılara göstərdiyi dəstəyə görə Anar Kazımova təşəkkür etmək istəyirik” – deyə Nağızadə bildirib.

Qeyd edək ki, bu yarışda çempion olan gənc idmançılarımız Avropa çempionatına lisenziyanı təmin ediblər.


Paylaş: