Şəhriyar Məmmədyarov 5 pillə gerilədi

  • 1 Dekabr 2025, 14:03

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni reytinq cədvəli açıqlanıb.

Sportlife.az xəbər verir ki, siyahıda azərbaycanlı şahmatçılardan ən yüksək mövqe Şəhriyar Məmmədyarovdadır.

O, ötən reytinqlə müqayisədə 5 pillə geriləyərək 19-cu sırada qərarlaşıb - 2730.

Teymur Rəcəbov (2692) 37-ci, Rauf Məmmədov (2645) 78-ci, Eltac Səfərli (2644) 79-cu yerdədir. Aydın Süleymanlı (2628) isə 99-cu pillədədir.

Kişilərin siyahısına norveçli Maqnus Karlsen (2840) başçılıq edir.

Qadınlardan Ülviyyə Fətəliyeva (2440) ötən cədvəldəki mövqeyini qoruyub - 33.

Günay Məmmədzadə (2390) 53-cü, Gövhər Beydullayeva (2358) 80-ci, Xanım Balacayeva (2350) 89-cudur.

Qadın şahmatçıların sıralamasında çinli Hou İfan (2620) liderliyini qoruyur.


Paylaş: