Devid Bekhem həyat yoldaşının 50 illik yubileyində - VİDEO

  • 21 Aprel 2024, 19:03

“Mançester Yunayted”, “Real” və İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Devid Bekhem həyat yoldaşı Viktoriya Bekhemin (Adams) yubileyindən video yayımlayıb.

Sportlife.az xəbər verir ki, aprelin 17-də britaniyalı müğənni və modelyerin 50 yaşı tamam oldu. Futbolçu sosial şəbəkələrdə Viktoriya və dostlarının "Spice Girls" qrupunun keçmiş üzvlərinin mahnısına rəqs etdikləri videonu yerləşdirib.

Viktoriya "Touch" qrupunun üzvü idi, sonradan adı "Spice Girls" olaraq dəyişdirildi (qızlar "Pepper" ləqəbini aldılar). 2001-ci ildə qrup dağıldı və Viktoriya solo karyerasına başladı. Müğənni 1999-cu ilin iyulundan Devid Bekhemlə evlidir.


Paylaş: