Azərbaycan çempionatı: Favoritdən qələbə

  • 14 Fevral 2024, 18:15

Qadın voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun keçirilib.

Sportlife.az xəbər verir ki, XIII turun matçında “Abşeron” “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gəlib.

Mükafatlar uğrunda mübarizə aparan nominal meydan sahibləri “tələbələr”ə qalib gəlib - 3:0 (25:10, 25:22, 25:17).

Qeyd edək ki, "Azərreyl" 33 xalla liderdir. "Murov Az Terminal" 29 xalla ikinci, "Abşeron" 27 xalla üçüncüdür. Növbəti sıralardakı "Gəncə"nin 13, “Milli Aviasiya Akademiyası”nın 9, UNEC-in isə 0 xalı var.


Paylaş: