Azərbaycan millisi təəccübləndirmədi: Yenə məğlub oldu

  • 7 Yanvar 2024, 18:08

20 yaşadək qızlardan ibarət voleybol millimiz yenə azarkeşləri təəccübləndirməyib.

Sportlife.az xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında son matçına çıxıb.

Budəfəki rəqib Polşa seçməsi olub. Öncəki dörd oyunda (Estoniya, Latviya, Ukrayna və Litva) olduğu kimi voleybolçularımız yenə 1 set qazanmadan məğlub olublar.

Qeyd edək ki, yarış Avropa çempionatına seçmə xarakteri daşıyırdı.


Paylaş: