Millimiz Avropa çempionatına Türkiyədə hazırlaşacaq

  • 24 Mart 2024, 15:47

Avropa çempionatında iştirak edəcək çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) qızlardan ibarət Azərbaycan yığması yarışa hazırlığını Türkiyədə davam etdirəcək.

Bu barədə Sportlife.az-a Azərbaycan Voleybol Federasiyasından bildirilib.

Milli komanda bu məqsədlə bu gün Antalya şəhərinə yola düşüb.

Rusiyalı mütəxəssis İqor Olefirin rəhbərlik etdiyi kollektiv sözügedən şəhərdə 14 gün təlim-məşq toplanışı keçəcək. Yığma bir neçə yoxlama matçında da qüvvəsini sınayacaq.

Təlim-məşqlərə 7 qız voleybolçu cəlb olunub. Baş məşqçi İqor Olefirə məşqlərdə Nihad Tarverdiyev kömək edəcək.

Qeyd edək ki, "Avro-2024" (U-18) bu il iyulun 11-dən 14-dək Gürcüstanın Kaçreti şəhərində keçiriləcək.


Paylaş: