Əfsanəvi atlet Naim Süleymanoğlunun evi muzeyə çevrilir

  • 26 Oktyabr 2023, 19:03

Dünya və Türkiyə ağır atletika tarixinə adını qızıl hərflərlə yazan, olimpiya, dünya və Avropa çempionu, ağır atlet Naim Süleymanoğlunun Bolqarıstandakı evi muzeyə çevrilir.

Sportlife.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, açılışın 2024-cü ilin aprelində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, ağır atletika üzrə ardıcıl 3 dəfə (1988, 1992, 1996) Olimpiya çempionluğunu qazanan əfsanəvi idmançı Naim Süleymanoğlu 2017-ci il noyabrın 18-də 50 yaşında dünyasını dəyişib.


Paylaş: