Avropa Liqası: "Qalatasaray" "Tottenhem"i məğlub etdi

  • 7 Noyabr 2024, 23:55

"Qalatasaray" Avropa Liqasının Liqa mərhələsinin IV turunda evində "Tottenhem"i qəbul edib.

Sportlife.az xəbər verir ki, "sarı-qırmızılar" görüşün ilk hissəsində rəqibinin qapısına üç dəfə yol tapmağı bacarıb. İstanbul klubunun qollarını Yunus Akgün və Viktor Osimhen (2) vurub. London klubu bu qollardan yalnız birinin əvəzini çıxıb.

İkinci qırx beşdə isə yalnız bir qol olub. Matça sonradan daxil olan Dominik Solanke fərqi azaldıb - 3:2.

"Qalatasaray" bu qələbəylə xalını 10-a yüksəldib. "Tottenhem" isə 9 xalda qalıb.


Paylaş: