Klopp: "Bu, bizim turnirimizdir"

  • 14 Mart 2024, 14:13

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının 1/8 final mərhələsinin "Sparta" ilə cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Sportlife.az xəbər verir ki, ilk görüş ingilislərin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

“Uşaqlar son həftələr olduqca ardıcıl oynayırlar, lakin biz bütün turnirlərdə uzun bir yarışdayıq və hələ finişə yaxın deyilik. “Sparta” vəziyyəti düzəltmək istəyir, yaxşı oyun keçirməliyik, çünki evdə, öz stadionumuzda oynayırıq. Bu, bizim turnirimizdir. Biz bunu öz turnirimizə çevirmək və mümkün qədər uzağa getmək istəyirik”, - UEFA-nın mətbuat xidməti Kloppdan sitat gətirib.

"Liverpul" - "Sparta" matçı bu gecə "Enfild"də keçiriləcək.


Paylaş: