"Real Madrid" qəribə komandadır"

  • 28 Aprel 2024, 18:52

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva "Real Madrid"in qəribə komanda olduğunu düşünür.

Sportlife.az xəbər verir ki, Silva bu barədə "As" nəşrinə açıqlamasında bildirib.

"Real Madrid" qəribə komandadır. Bəzən elə olur ki, oyunda üstün tərəfsən və birdən iki dəfə əks hücumda qaçıb, iki qol vururlar. Bu komandanın oyunçuları əla fərdi keyfiyyətlərə malikdir. Onlar əks-hücumlarda o qədər sürətli və güclüdürlər ki, onları idarə etmək asan deyil”, - deyə Silva bildirib.

Bu mövsüm “Şəhərlilər” Çempionlar Liqasının 1/4 finalında Madridlə qarşılaşıb və burada ümumi hesabda uduzub (4:4, penaltilərdə 3:4). Penaltilər seriyasında Silvanın zərbəsini "Real"ın qapıçısı Andrey Lunin dəf edib.


Paylaş: