Qalmaqallı hücumçu jurnalistləri sona saxlayıb

  • 28 Aprel 2024, 19:09

"Lokomotiv"in hücumçusu Artyom Dzyuba mövsüm bitdikdən sonra jurnalistlərin suallarını cavablandıracağını bildirib.

Sportlife.az Rusiya mətbuatına istinadla xəbər verir ki, daima media nümayəndələrilə qalmaqal yaşayan forvard "Bütün suallar çempionatdan sonra cavablanıdrılacaq" deyib.

Qeyd edək ki, bu gün RPL-in 26-cı turunun matçında "Lokomotiv" "Spartak"a uduzub (2:3). Dzyuba 84-cü dəqiqədə meydana daxil olub.


Paylaş: