Ayxan Abbasov: "Xarakterlərimiz düz gəlmirsə, davam etmək doğru deyil"

  • 30 Noyabr 2024, 17:04

- Üzücü məğlubiyyət oldu. Oyunun çox stressli olacağını bilirdik. Futbolçuları matça kökləməyə çalışdıq. Uşaqlar çalışır. Təəssüf ki, sonluğu qoya bilmirik. Bu gün kim səhv edəcəkdisə, o da məğlub olacaqdı. Təəssüflənirəm. Toparlanmaq lazımdır. İkinci dövrə bizim üçün yaxşı keçmir. Amma qışa qədər xallar toplamaq şansımız var. Çətinliklər olmalıdır, olacaq da. Buna hazır idik. Gələcək oyunlara hazırlaşacağıq.

Sportlife.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Azər Bağırov "Kəpəz" 0:1 hesabıyla məğlub olduqları görüşdən sonra səsləndirib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Ardıcıl iki oyundur qapınıza penalti təyin olunur. Futbolçuların diqqətsizliyini nə ilə əlaqələndirirsiz?

- Bəlkə də qapısına ən çox penalti təyin olunan komanda bizik. Əlbəttə diqqətsizliklə bağlıdır. Bugünkü penalti rəqibin şansı idi. Belə qələmə vermək olar.

- Azarkeşlərin "istefa" şüarları haqda nə deyə bilərsiniz?

- Əlbəttə azarkeşlər üzülür. Əgər biz bu xalları bir dövrədə yox, iki dövrədə yığsaydıq, hər kəsi qane edəcəkdi. Birinci dövrədə çox xal toplamaqla gözləntiləri yüksəltdik. Zədələr, cəzalar da nəticələrə təsir edir. Hədəf bəllidir. Sona qədər mübarizə aparmaq lazımdır.

- Luis Paçunu heyətinizə qatmadığınız üçün təəssüflənirsiz?

- İndiki heyfslənmək bir fayda vermir. Paçu bəyəndiyim hücumçudur. Biz büdcəmizə uyğun transferlər etmişdik. Qışa qədər dözməliyik. Qışda hansısa dəyişikliklər edə bilərik

- İlkin Muradovla yolların ayrılmasının səbəbi nədir?

- Onunla söhbətimiz oldu. Xarakterlərimiz düz gəlmirsə, davam etmək doğru deyil.


Paylaş: