
"Kəpəz" futbolçularına 2 MÜHÜM XƏBƏR: 2 aylıq maaş həsrətinə son qoyuldu və ...
Deyəsən, "Kəpəz"də işlər qaydasına düşür.
Sportlife.az-a verilən məlumata görə, klubda 2 aylıq maaş həsrətinə son qoyulub. AFFA-dan maliyyələşən komanda üzvlərinin 1 aylıq maaşları karta yüklənib. Futbolçulara qalan 1 ayın maaşlarının da veriləcəyi deyilib.
Bundan əlavə, onlara tezliklə şad xəbərin veriləcəyi də söylənilib. Komandanın Preymer Liqada qalmağa yaxın olduğu qeyd olunub.