
MS "sambaçı"nı icarəyə verdi
“Mançester Siti”nin müdafiəçisi Vitor Reys icarə əsasında “Jirona”ya keçib.
Sportlife.az xəbər verir ki, müqavilənin müddəti 1 illikdir.
Reys "Mançester Siti"yə 2025-ci ilin yanvarında "Palmeyras"dan keçib. 19 yaşlı futbolçu "şəhərlilər"in heyətində bütün yarışlarda 4 oyun keçirib. Müdafiəçinin ingilis klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.