40 milyonluq təklif rədd edildi

  • Bu gün, 12:33

"Tottenhem" "Komo"nun yarımmüdafiəçisi Niko Pasla maraqlanır.

Sportlife.az xəbər verir ki, ingilis klubu 20 yaşlı futbolçu üçün 40 milyon avro təklif edib. Ancaq italyanlar qarşı tərəfdən 70 milyon avro istəyir.

Argentinalı futbolçu ötən mövsüm "Komo"da 35 matçda 6 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun klubla 2028-ci ilin yayınadək müqaviləsi var.


Paylaş: