"Lester"dən "Beşiktaş"a

  • Bu gün, 11:05

"Beşiktaş" yarımmüdafiəçi Vilfred Ndidini transfer edib.

Sportlife.az xəbər verir ki, Nigeriya millisinin 28 yaşlı futbolçusu "qara qartallar"a "Lester"dən keçib.

İstanbul klubu bu transfer üçün 9,5 milyon avro ödəyib.

Qeyd edək ki, Ndidi 2017-ci ildən "Lester"də çıxış edirdi. Yarımmüdafiəçi bu klubda 303 matçda 18 qol vurub və 22 məhsuldar ötürmə edib.


Paylaş: