
Mahir "Şalke"yə qol vurmaq istəyir
Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli 2-ci Bundesliqanın növbəti turunda "Şalke" ilə keçiriləcək oyunda qol vurmaq istəyir.
Sportlife.az xəbər verir ki, 28 yaşlı hücumçu bu barədə "Bild" nəşrinə açıqlamasında deyib.
Forvard növbəti qarşılaşmada koordinasiya və komanda ruhunun daha yaxşı olacağına ümid etdiyini bildirib: "Mövsümün bizim üçün uğurlu keçəcəyinə və üst pillələr uğrunda rəqabət apara biləcəyimizə inanıram".
Qeyd edək ki, "Kayzerslautern" 2-ci Bundesliqanın ilk turunda "Hannover"ə 0:1 hesabı ilə uduzub. Komanda avqustun 9-da, Bakı vaxtı ilə saat 22:30-da "Şalke"ni qəbul edəcək.