"Qarabağ"ın oyunu təxirə salına bilər

  • Bu gün, 13:43

“Qarabağ”ın Azərbaycan Premyer Liqasının ilk turundakı oyunu təxirə salına bilər.

Sportlife.az xəbər verir ki, bununla bağlı PFL məlumat yayıb.

Bildirilib ki, “Qarabağ” Çempionlar Liqasında yoluna davam edəcəyi təqdirdə beynəlxalq oyun qaydalarına əsasən (komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması), “Sabah” - “Qarabağ” matçı təxirə salınacaq.

Qeyd edək ki, görüş avqustun 17-də olmalıdır.


Paylaş: