Terlan Ehmedov Qebele ile oyundan sonra etiraf etdi, Neftci Premyer...

Tərlan Əhmədov Qəbələ ilə oyundan sonra etiraf etdi

  • 24 Sentyabr 2017, 20:28

Bu gün "Neftçi" Premyer Liqanın VI turu çərçivəsində səfərdə "Qəbələ"nin qonağı olub. Sportlife.az xəbər verir ki, qarşılaşma "ağ-qara"ların 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
 
Oyundan sonra "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov görüşlə bağlı fikirlərini jurnalistlərlə bölüşüb. Əhmədov məğlubiyyətə baxmayaraq komandasından razı qaldığını deyib:
 
"Komanda mübarizə apardı. Görüləcək iş o qədər çoxdu ki, nəyə, haradan başlayacağımı bilmirəm. Komandamdan ümumilikdə razı qaldım. Uşaq səhvlərindən qol buraxdığımızı etiraf etməliyəm. Futbolçu baxımından da komandada kasadlıq var. Futbol cinahlardan qurulur. Biz də cinahlardan yaxşı oyun göstərə bilmirik".
 
Təcrübəli mütəxəssis Emin Mahmudovun çıxışını da dəyərləndirib: "Emin Mahmudovun oyunu məni sevindirdi. Son oyunu "Boavişta"da oynuyub. Öz dediyinə görə 20 gün məşq etməyib. Sadəcə qaçıb. Buna görə Emin Mahmudovun oyunu ümumilikdə məni qane elədi".

Paylaş: