
“Turan Tovuz” “Qarabağ”ı məğlub etdi
Misli Premyer Liqasında 4-cü turun oyunları keçirilir.
Sportlife.az xəbər verir ki, ikinci oyun gününün ilk görüşü son çempion “Qarabağ”la “Turan Tovuz” arasında baş tutub. Ağdam klubu bu görüşdə məğlubiyyətə üzülüb.
Digər oyun isə “Araz-Naxçıvan”la “Neftçi” arasında keçiriləcək.
Xatırladaq ki, turun ilk oyunu ötən gün “Səbail”lə “Kəpəz” arasında baş tutub və “dənizçilər”in 4:0 hesablı qələbəsiylə yekunlaşıb. “Sabah” – “Sumqayıt” və “Zirə” – “Şamaxı” oyunları isə sabah keçiriləcək.
Misli Premyer Liqası
4-cü tur
24 avqust
“Qarabağ” – “Turan Tovuz” 0:1
Qol: Oto Con, 18-pen.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Tural Qurbanov.
“Azərsun Arena”, 18:15.