Basketbol Federasiyasından qərar: Oyunlar ləğv edildi

  • 23 Mart 2024, 12:58

Rusiya Basketbol Federasiyası (RBF) Moskvada martın 23 və 24-də keçirilməsi planlaşdırılan bütün oyunların ləğv edildiyini açıqlayıb.

Sportlife.az xəbər verir ki, Rusiya çempionatının ikinci mərhələsinin sondan əvvəlki turunun martın 23-də baş tutmalı olan iki oyunu ləğv edilib: "MBA" - "UMMC" və "Dinamo Moskva" - "Sparta & K". Həmçinin martın 24-də kişilər arasında Rusiya çempionatının "MBA - MAİ"nin sonuncu turuda “Tambov”la oyunu baş tutmayacaq. Paytaxtın Timiryazevskaya İdman Məktəbində 17 yaşadək yeniyetmələr arasında Rusiya çempionatının şənbə və bazar günləri baş tutmalı olan bütün oyunlar təxirə salınıb.

Buna səbəb Moskvada törədilən terror aktıdır.


Paylaş: