Basketbolçular məktəblilərlə görüşüblər – FOTOLAR

  • 26 Aprel 2024, 16:55

“Gəncə” basketbol klubunun üzvləri Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə şagirdlər ilə görüşüblər.

Sportlife.az xəbər verir ki, tədbirdə “sarı-göylər”in baş məşqçisi Bedri Meriç, köməkçisi Rizvan Səfərov, basketbolçulardan İrşad Hant, Donovan Filds və Əlibəy Məmmədli iştirak edib. Məşqçilər klubun fəaliyyəti və uğurları haqqında məlumat veriblər.

“Gəncə”nin ötən mövsüm Azərbaycan Basketbol Liqasında gümüş mükafatçı olduğunu və Azərbaycan Kubokunda qalib gəldiyini vurğulayıblar. Oyunçular bu mövsüm keçirdikləri matçlardan danışıb, Gəncədə basketbolun sevildiyini, bunu şəhərdə onlara olan diqqətdən də hiss etdiklərini bildiriblər.  

Sonra məktəblilər komandanın üzvlərini sual yağışına tutublar. Şagirdlər onları maraqlandıran mövzularda çoxsaylı suallar veriblər. Məşqçilər və oyunçular ünvanlanan sualları həvəslə cavablandırıb, basketbolla məşğul olmaq istəyənlərə məsləhətlər veriblər. Ən yaxşı sual müəlliflərinə klubun şərfi hədiyyə olunub.

Tədbirin təşklinə görə klub tərəfindən məktəbin rəhbərliyinə təşəkkür edilib. Bu cür görüşlərin basketbolun təbliğatına yönəldiyi, bu idman növünün kütləviliyinin təmin edilməsinə və inkişafına xidmət etdiyi xüsusi ilə qeyd olunub.

  


Paylaş: