Əsrin rekordu

  • 5 May 2024, 23:18

Moskva "Dinamo"sunun hücumçusu Konstantin Tükavin bu komandanın XXI əsrdəki rekordunu qırıb.

Sportlife.az xəbər verur ki, bunu klubun mətbuat katibi Dmitri Simonov açıqlayıb.

Onun sözlərinə görə Tükavinin 14-cü qolu "Dinamo" bombardirlərinin Rusiya çempionatları tarixində bir mövsümdə ən yüksək göstəricisidir.

Buna qədər komandanın heç bir futbolçusu bir mövsümdə 13 qoldan artığını vurmayıb. 

Qeyd edək ki, Tükavin sözügedən qola bu gün "Soçi" ilə 3-2 hesabı ilə bitən oyunda imza atıb.


Paylaş: