İki yığmamız Serbiyaya yollandı

  • 4 Aprel 2025, 12:09

Serbiyanın Zlatibor şəhərində keçiriləcək Gimnaziada İdman Oyunlarında iştirak edəcək Azərbaycanın 3x3 basketbol yığmaları səfərə yola düşüb.

Basketbol Federasiyasından Sportlife.az saytına verilən məlumata görə, Zaur Paşayevin rəhbərlik etdiyi oğlanlardan ibarət milli komandada Rəvan Məmmədyarov, Yunis Gəncəliyev, Faiq Kərimov və Tunar Hacızadə yer alıb.

Tatyana Deniskinanın baş məşqçisi olduğu qızlardan ibarət kollektivin heyətini isə Aylin Niftəliyeva, Aylin Əkbərzadə, Nəzrin Almazova və Günel Məmmədli təşkil edir.

Qeyd edək ki, Gimnaziada aprelin 4-dən 14-dək keçiriləcək.


Paylaş: