Ukraynalı hücumçu hamını qabaqladı

  • 10 Aprel 2025, 17:49

"Roma”nın ukraynalı hücumçusu Artem Dovbik A Seriyasında mart ayının ən yaxşı oyunçusu seçilib.

Sportlife.az xəbər verir ki, paytaxt təmsilçisinin heyətində ötən ay dörd oyun keçirən forvard üç qolla yadda qalıb.

Ümumilikdə Artem Dovbik bu mövsüm bütün turnirlərdə “Roma”nın heyətində 40 oyun keçirib, 16 qol vurub və 4 məhsuldar ötürmə edib.


Paylaş: