Mərdəkanda avrokubok mübarizəsi

  • Dünən, 10:07

Azərbaycan Premyer Liqasında XXXI tura bu gün bir oyunla start veriləcək.

Sportlife.az xəbər verir ki, açılış matçında avrokuboklar uğrunda mübarizə aparan iki komanda “Araz-Naxçıvan” və “Turan Tovuz” qarşılaşacaq.

“Liv Bona Dea Arena”da Əliyar Ağayevin idarə edəcəyi görüşün start fiti saat 19:00-da səsləndiriləcək.

“Araz-Naxçıvan” hazırda turnir cədvəlində 52 xalla üçüncü pillədə yer alıb. Dördüncü olan “Turan-Tovuz”un 47 xalı var.

Azərbaycan Premyer Liqası

IV dövrə, XXXI tur

18 aprel

19:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.

VAR: Tural Qurbanov.

AVAR: Asiman Əzizli.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

"Liv Bona Dea Arena"

Qeyd edək ki, tura aprelin 20-də yekun vurulacaq.


Paylaş: