
Sabiq "Fənərbağça"lı "Çelsi"nin hədəfində
"Çelsi" və "Nyukasl" "Bavariya"nın 28 yaşlı mərkəz müdafiəçisi Kim Min Ce ilə maraqlanır.
Sportlife.az xəbər verir ki, artıq klublar cənubi koreyalı futbolçunun agenti ilə danışıqlara başlayıb.
Futbolçu yayda "Bavariya"dan ayrılmağa və digər komandaların təkliflərini nəzərdən keçirməyə hazırdır.
Bu mövsüm Kim Min Ce bütün turnirlərdə 42 matçda iştirak edib və 3 qol vurub. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. O, "Bavariya"ya "Fənərbağça"dan keçib.