"Turan Tovuz"un şikayəti qəbul olunmadı

  • Dünən, 17:34

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyevlə bağlı apellyasiya şikayəti təmin edilməyib.

Sportlife.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı İntizam Komitəsinin aprelin 16-da mütəxəssislə bağlı çıxardığı qərarı qüvvədə saxlayıb.

Misli Premyer Liqasının XXX turunda keçirilən “Turan Tovuz” – “Sabah” oyununun 19-cu dəqiqəsində meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün Tovuz klubunun baş məşqçisi 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırılıb.

Bununla yanaşı, klub 4000 manat cərimələnib və şərti cəzaya dair 3 ay sınaq müddəti təyin olunub.


Paylaş: