
"Qarabağ" qələbə qazandı
Qadın həndbolçuların Azərbaycan çempionatında final mərhələsinin növbəti turuna start verilib.
Sportlife.az xəbər verir ki, turun açılış matçında 1-4-cü yerlər uğrunda yarışan “Qarabağ” və “İdman Akademiyası” komandaları üz-üzə gəlib.
“AHF Arena”da keçirilən qarşılaşma “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb – 33:26.
Turun digər oyunu sabah “Azəryol” və “Kür” komandaları arasında keçiriləcək.