
AFFA-nın Elit Məşq Layihəsinə dair rəsmi cavabı: 256 min manat necə xərclənib?
AFFA-nın sonuncu Hesabat Konfransında UEFA-nın "Elit Məşq" Layihəsi üçün 256 093 manat xərclənib.
Sportlife.az xəbər verir ki, milli assosiasiyanın açıqladığı rəqəmlə bağlı müəyyən suallar ortaya çıxır.
Məsələn, ötən il UEFA-nın "Elit Məşq" Layihəsi çərçivəsində neçə dəfə təlim-məşq toplanışı keçirilib? Bu layihə hansı bölgələri əhatə edib? Hansı işlər görülüb? Elit Məşq Layihəsinə kim rəhbərlik edib?
Bu sualları AFFA-ya ünvanladıq. Qurumun sorğumuza cavabı belə oldu:
Elit məşq layihəsində 2 qrupa (hər qrupa həftədə 2 məşq və 14-16 futbolçu) xüsusi proqramla məşq keçilir. Qruplar aşağıdakılardır:
U12-U13 (2012-2013 cü illər) – Böyük yaş qrupu
U11-U10 (2014-2015 cü illər) – Kiçik yaş qrupu
Tam proqram 4 ay davam edir. Hər proqram bir yaş qrupuna ildə 2 dəfə təkrarlanır.
Proqram üzrə bir ayda 7 məşq və bir ikitərəfli oyun olur. 4 ayda isə 28 məşq və 4 oyun olur.
Məntəqələrin sayı 7
Quba elit məntəqəsi
Zaqatala elit məntəqəsi
Şəki elit məntəqəsi
İmişli elit məntəqəsi
Cəlilabad elit məntəqəsi
Lənkəran elit məntəqəsi
Quzanlı elit məntəqəsi
Quba elit məntəqəsi – Quba Olimpiya Kompleksi
Zaqatala elit məntəqəsi – Zaqatala şəhəri, Sülh küçəsi 2. Zaqatala Olimpiya kompleksinin 2-ci meydançası.
Şəki elit məntəqəsi – Şəki şəhəri, Sabit Rəhman (7). Şəki şəhər 8 saylı məktəbin süni meydançası(Affa tərəfindən tikilib).
İmişli elit məntəqəsi – İmişli şəhəri, Kürdəmir şossesi N-8. İmişli Olimpiya İdman Kompleksi
5. Cəlilabad elit məntəqəsi – Cəlilabad şəhəri, Babək prospekti. Cəlilabad şəhər mərkəzi stadionu.
6. Lənkəran elit məntəqəsi – Lənkəran şəhəri, Fikrət Məmmədov küçəsi. Lənkəran Olimpiya İdman kompleksi.
7. Quzanlı elit məntəqəsi – Ağdam Quzanlı qəsəbəsi Olimpiya İdman kompleksinin yanında Affa tərəfindən tikilmiş süni meydança.
Məntəqələrin sayı 7
Quba elit məntəqəsi 3 məşqçi, həkim
Zaqatala elit məntəqəsi 3 məşqçi, həkim
Şəki elit məntəqəsi 2 məşqçi, həkim
İmişli elit məntəqəsi 3 məşqçi, həkim
Cəlilabad elit məntəqəsi 3 məşqçi, həkim
Lənkəran elit məntəqəsi 3 məşqçi, həkim
Quzanlı elit məntəqəsi 1 məşqçi, həkim
18 məşqçi, 7 həkim
Koordinator - İlham Əzizzadə
Son olaraq rəhbər Yunis Hüseynov olub. Hazırda rəhbər vəzifəsi boşdur.
"Elit Məşq" Layihəsi çərçivəsində təlim məşq toplanışları ildə bir dəfə olur. Ötən il may ayında olub. Bu il isə bir neçə gün bundan əvvvəl oldu.