
Stadionun adı dəyişdiriləcək
Rusiyanın "Krasnodar" komandasının ev oyunlarını keçirdiyi stadionun adı dəyişdiriləcək.
Sportlife.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Arenanın yeni adı OZON olacaq. Bu, klubun əməkdaşlıq etdiyi şirkətlə bağlıdır.
Qeyd edək ki, "Krasnodar" Rusiya çempionatında turnir cədvəlinə başçılıq edir.