"Qarabağ", yoxsa "Neftçi"?

  • Bu gün, 13:10

Bu həftə Misli Premyer Liqasında Azərbaycan derbisi baş tutacaq.

Sportlife.az xəbər verir ki, indiyədək 18 dəfə “Neftçi”, 14 dəfə “Qarabağ” mövsümün ilk derbisinə ev sahibliyi edib.

Komandaların ilk dövrə oyunlarında “Qarabağ” üstündür – 12 qələbə, 12 heç-heçə, 8 məğlubiyyət, top fərqi 35-25.

İlk dövrə matçı “Qarabağ”ın meydanında keçiriləndə ev sahibləri 8 qələbə qazanıb, 4 heç-heçə edib, 2 dəfə uduzub, top fərqi 22-12 olub.

İlk dövrə görüşü “Neftçi”nin meydanında keçiriləndə ev sahibləri 6 qələbə, qazanıb, 8 heç-heçə edib, 4 dəfə uduzub, top fərqi 13-13 olub.


Paylaş: