Noyer: "PSJ-dən qorxmuruq"
"Bavariya"nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının 4-cü turunda PSJ ilə səfər oyunu ilə bağlı gözləntilərini bölüşüb.
Sportlife.az xəbər verir ki, təcrübəli qolkiper rəqibdən çəkinmədiklərini bildirib:
"Biz onlara qarşı oynamağı sevirik və meydana qələbə üçün çıxacağıq. Hər iki komanda topa sahib olmağı sevir. Müdafiə olunmağı isə xoşlamırıq. Əlbəttə ki, hər iki komandanın əks-hücum imkanları olacaq. Buna görə də ayıq olmalı və bu cür güclü və sürətli rəqiblərə qarşı yaxşı müdafiə strukturu qurmağa çalışmalıyıq".
PSJ - "Bavariya" matçı bu gün keçiriləcək.