Ötən ay 329 medal qazanılıb

  • Bu gün, 12:13

Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.

Sportlife.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Nazir beynəlxalq arenalarda qazanılan nailiyyətləri yüksək qiymətləndirib, bu münasibətlə idmançıları və onların məşqçilərini təbrik edib.

F.Qayıbov bildirib ki, oktyabr ayı ərzində Azərbaycanın Dövlət Himni 17 ölkədə səsləndirilib. Ötən ay idmançılarımız ümumilikdə 70 qızıl, 102 gümüş və 157 bürünc medal qazanıblar.

Görüş zamanı ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.


Paylaş: