İngilislər Endrikdən imtina etdi
"Mançester Yunayted" və "Aston Villa" klubları "Real"ın hücumçusu Endriki transfer etmək fikrindən daşınıb.
Sportlife.az xəbər verir ki, ingilis klubları oyunçunun icarəsinə "satın alma" bəndinin daxil edilməsini istəyiblər. "Kral klubu" isə buna razı olmayıb.
Buna görə də Fransanın "Lion" klubu transfer üçün əsas namizəd olaraq qalır. Klublar arasında danışıqlar inkişaf mərhələsindədir.
Qeyd edək ki, Endrik bu mövsüm cəmi 11 dəqiqə futbol oynayıb.