"Bavariya"dan UEFA-ya etiraz
"Bavariya" UEFA-ya etiraz edib.
Sportlife.az xəbər verir ki, bu, Paris Polis İdarəsinin müvafiq əmri ilə bağlıdır.
Belə ki, Paris Polis Prefekturası ötən gün azarkeşlərin gəlişini tənzimlənməsi üçün postların qurulması ilə bağlı qəfil əmr verib. Münhen klubuna isə bu barədə yalnız bu gün məlumat verilib.
Qərara görə, fanatlar şəhərin kənarındakı pullu dayanacaqda toplaşmalı və stadiona yalnız ictimai nəqliyyatla getməlidirlər. Oyundan sonra hər kəs öz nəqliyyat vasitələrinə qayıtmalıdır. Daha sonra avtobuslar polis müşayiəti altında şəhəri tərk edəcəklər.
Məhz gecikdirilmiş bildirişə görə "Bavariya" UEFA-ya üz tutub.
Qeyd edək ki, PSJ - "Bavariya" oyunu bu gün keçiriləcək.