Derbidə "Qarabağ" fərqi

  • Bu gün, 15:12

"Neftçi" Azərbaycan derbisində 16 oyundur "Qarabağ"ı məğlub edə bilmir.

Sportlife.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Derbidə ən uzun qələbə seriyası "Qarabağ"a məxsusdur - 9 oyun (02.05.2023-dən indiyədək davam edir). Komandalar arasında ən uzun heç-heçə seriyası 2 dəfə qeydə alınıb - 3 oyun (12.02.1995 - 06.03.1996 və 25.11.2007 - 08.11.2008). "Neftçi"nin ən uzun qələbə seriyasından 21 il ötüb - 3 oyun (11.07.2003 - 05.12.2004).

Derbidə ən uzun qələbəsiz seriya "Neftçi"nin passivindədir - 16 oyun (19.05.2021-dən indiyədək). Ən uzun heç-heçəsiz seriya 10 oyun olub (20.09.2020 - 02.12.2022).

"Qarabağ"ın ən uzun qələbəsiz seriyaları 2 dəfə qeydə alınıb – 7 oyun (02.10.1994 - 11.12.1996, 22.08.2005 - 08.11.2008).

Ən uzun qol seriyası "Qarabağ"ın aktivindədir - 16 oyun (12.09.2021-dən indiyədək davam edir). "Neftçi"nin ən uzun qol seriyası 6 oyundan ibarətdir (11.07.2003 - 16.02.2006).

Hər iki klubun ən uzun qolsuz seriyaları 5 oyun davam edib – "Qarabağ" (16.02.2006 - 17.05.2008), "Neftçi" (26.04.2009 - 15.05.2010 və 04.05.2024 - indiyədək).

Qeyd edək ki, Misli Premyer Liqasının XI turunun "Qarabağ" - "Neftçi" matçı noyabrın 11-də "Azərsun Arena"da, saat 18:44-də start götürəcək.


Paylaş: