Autsayder baş məşqçisini qovdu

  • Bu gün, 14:59

"Fiorentina" Stefano Piolini istefaya göndərib.

Sportlife.az xəbər verir ki, komandaya müvəqqəti olaraq gənclər komandasının çalışdırıcısı Daniele Qalloppa rəhbərlik edəcək.

Əvvəllər "Milan", "Əl-Nəsr", "İnter" və "Latsio"da çalışmış Pioli bu il iyulun 12-də "Fiorentina"nın sükanı arxasına keçmişdi. Onun rəhbərliyi altında komanda A Seriyasında 10 oyunda cəmi dörd xal qazanıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.


Paylaş: