Riera məşhur klubun baş məşqçisi olur

  • Bu gün, 15:31

"Selye"nin baş məşqçisi Albert Riera "Srvena Zvezda" ilə anlaşıb.

Sportlife.az xəbər verir ki, tərəflər arasında ilkin razılıq əldə olunub.

İspaniyalı mütəxəssis bu ilin dekabrında yeni komandasının sükanı arxasına keçəcək. 

Onunla 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanacaq.

Qeyd edək ki, "Selye" 14 oyundan sonra Sloveniya çempionatına başçılıq edir və ən yaxın rəqibindən 11 xal qabaqdadır.


Paylaş: