Yankoviç yığmaya çağırıldı
“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç növbəti dəfə Monteneqro millisinə dəvət alıb.
Sportlife.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi 2026-cı il dünya çempionatının seçmə mərhələsinin Cəbəllütariqlə səfər (14 noyabr), Xorvatiya ilə ev matçına (17 noyabr) çağırılıb.
M.Yankoviç 2016-cı ilin mayından dəvət aldığı Monteneqro millisinin heyətində bu günə qədər 56 oyunda iştirak edib, 1 qol vurub.